Şəfiqə Məmmədovanın İttifaqı dağıldı: Kimlər istefa verib? - SİYAHI

MƏDƏNİYYƏT
10:22 / 26.01.2023
1428

Bir qrup mədəniyyət və incəsənət xadimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzlüyündən istefa verib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi İttifaqdan istefa verənlərin arasında Xalq artistləri Əbdül Mahmudov, Ramiz Məlikov, Tariyel Qasımov, Əməkdar artistlər Gülşad Baxşıyeva, Münəvvər Əliyeva, Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimi Yavər Rzayev, həmçinin Yusif Quliyeva, Reyhan İsayeva, Yalçın Verdiyev və başqalarının adı var.

Xalq artisti Tariyel Qasımov Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, Şəfiqə Məmmədova teatr adamıdır, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı onun yeri deyil:

"Şəfiqə getsin teatrada işləsin, İttifaqın ona aidiyyatı yoxdur. Onun kinoda nə işi? Mənə gələn dəvəti gizlədib, verməyib. Onun buna haqqı yoxdur. Özbəkistanda 17 filmə çəkilmişəm. Bu yaxınlarda Şöhrət Abbasovun yubileyinə dəvətim üçün Bakıya, İttifaqa teleqram vurublar. Bir də tədbirdən sonra xəbər tutmuşam. Bir neçə gün sonra AzTV-də canlı efirdəydim. Onun bu hərəkətini deyib ittifaqın vəsiqəsini canlı efirdə cırdım, dedim ki, ora mənlik deyil, vəssalam. Belə bir adamla bir yerdə işləmək mənasızdır”.

0