Rasim Balayev Əkrəm Əylislidən danışdı: "Onun haqqında qaraguruhçu insanlar..."

MƏDƏNİYYƏT
12:36 / 18.04.2023
1059

"Biz ermənilərlə kinomuzu, ədəbiyyatımızı yarada bilmərik. Əkrəm Əylisli yazıçıdır, nə qədər yaxşı əsərləri var. Bir neçə qaraguruhçu insan onun haqqında müəyyən fikirlər söylədi".

Bunu Faktmedia.az-a Xalq artisti Rasim Balayev yazıçı Əkrəm Əylislinin yenidən cəmiyyətə qaytarılması, reabilitasiyasının mümkünlüyü barədə suala cavab verərkən deyib.

Xalq artisti əlavə edib ki, ola bilsin, daha doğrusu Ə.Əylisli müəyyən səhvlər edib:

"Məncə bu qədər şişirtməyin mənası yoxdur. Əkrəm özünü təsdiq, sübut edən bir yazıçıdır. O qədər elə yazıçılarımız bu gün həyatda yoxdur,  amma əsərləri oxunur. Əkrəm həyatdadır, Allah can sağlığı versin. Ona Xalq yazıçısı adı da verilmişdı.  Qiymətli əsərləri var".

0