25 yaşlı müğənni evində ölü tapıldı - FOTO

MƏDƏNİYYƏT
14:30 / 20.04.2023
1071

Cənubi Koreyada gənc müğənni Munbin vəfat edib. 

"Astro" qrupunun solisti ötən gecə 20:10 radələrində yaşadığı evdə ölü tapılıb.

Bu haqda mətbuata sənətçinin meneceri açıqlama verib.

O əvvəl Munbinə zəng edib. Telefonla əlaqə saxlaya bilmədikdən sonra isə onun yaşadığı mənzilə yollanıb. O evdə Munbinin cansız bədənini tapıb.

"Yonhap"ın yaydığı məlumata əsasən, araşdırmalardan sonra polis Munbinin qətlinin intihar olduğunu bildirib.
 
Qeyd edək ki, digər ölkələrə nisbətən Cənubi Koreyada gənclərin intihar halları çoxalıb. İntihar edənlər daha çox 20 yaş kateqoriyasını əhatə edir./baku.ws

0