Xalq artisti dəfn olundu - FOTO

MƏDƏNİYYƏT
13:22 / 30.04.2023
801

Xalq artisti Aftandil İsrafilov II Fəxri xiyabanda dəfn olunub.

APA xəbər verir ki, mərhumla əvvəlcə Heydər Məscidində vida mərasimi keçirilib.

Mərasimdə mərhumun ailə üzvləri ilə yanaşı, sənət dostları, media mənsubları iştirak edib.

Vida mərasimindən sonra cənazə II Fəxri xiyabana aparılaraq dəfn edilib.

Xatırladaq ki, uzun müddətdir, kəskin plevritdən əziyyət çəkən Xalq artisti dünən vəfat edib.

0