"Eurovision-2023": Təmsilçilərimiz finala çıxa bilmədi - YENİLƏNİB

MƏDƏNİYYƏT
01:20 / 10.05.2023
1033

Böyük Britaniyanın Liverpul şəhərində keçirilən “Eurovision" Mahnı Müsabiqəsinin birinci yarımfinalına yekun vurulub.

HİT.Az xəbər verir ki, Azərbaycanın yarışmadakı təmsilçiləri Tural və Turan Bağmanov qardaşları mübarizəni yarımfinalda dayandırıblar.

Finala keçənlər isə Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç təmsilçiləri olub.

Xatırladaq ki, mahnı müsabiqəsinin yarımfinalı mayın 11-də, finalı isə 13-də baş tutacaq.

09.05 // 23.54

“Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.

HİT.az xəbər verir ki, yarış Böyük Britaniyanın Liverpul şəhərində təşkil olunub.

Belə ki, bu gün 15 ölkənin təmsilçiləri səhnəyə çıxacaqlar. Onlar arasında Azərbaycanı təmsil edən Tural və Turan Bağmanov qardaşları da yer alıb. Əkizlər 12-ci nömrə altında səhnəyə çıxacaq.

Birinci yarımfinalda Norveç, Malta, Serbiya, Latviya, Portuqaliya, İrlandiya, Xorvatiya, İsveçrə, İsrail, Moldova, İsveç, Çexiya, Niderland və Finlandiya da mübarizə aparacaq.

Səsvermə canlı konsert zamanı açıqdır.

Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilən müsabiqənin növbəti yarımfinalı 11 mayda, final isə mayın 13-də keçiriləcək. Azərbaycanı Tural və Turan Bağmanov qardaşları “Tell me more” mahnısı ilə təmsil edir.

0