Azərbaycana kimlər səs verdi? - 15 ildə ən uğursuz... 

MƏDƏNİYYƏT
14:30 / 14.05.2023
1270

Azərbaycan "Eurovision-2023”də 37 ölkə arasında 34-cü sırada qərarlaşıb. Bu Azərbaycanın 15 ildə ən uğursuz nəticəsidir.

Yarışda ölkəmizin topladığı xal da müəyyənləşib.

Belə ki, Tural və Turan Bağmanovlara yalnız üç ölkə - Xorvatiya, İsrail və Latviya xal verib. Latviya 2, Xorvatiya və İsrail isə hər biri ayrılıqda 1 xalla təmsilçilərimizi qiymətləndirib. Əkizlər ümumilikdə cəmi 4 xal toplayıb və 34-cü yerə çıxıb.

Qeyd edək ki, ötən gün İsveçin qalib olduğu müsabiqədə ölkəmiz 12 xal İsrailə, 10 xal İsveçə, 8 Albaniyaya, 7 xal İspaniyaya, 6 xal İtaliyaya, 5 xal Avstraliyaya, 4 xal İsveçrəyə, 3 xal Finlandiyaya, 2 xal Ukraynaya,  1 xal Estoniyaya verib.//olay.az

0