"Anamın qızdırması qalxıb".
Bunu HİT.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadovanın qızı Hülya anasının səhhətinin pisləşməsi barədə yayılan xəbərdən danışarkən deyib.
O, müğənninin vəziyyətinin yaxşı olduğunu bildirib:
“Yalan yazıblar... Anam yaxşıdır, hər bir insanda olduğu kimi, onun da qızdırması olub. Burda nə var axı? Onun səhhətində problem yaranıb yazanlar niyə Firuzə İbadovanın kirayədə yaşadığını demirlər”.
Qeyd edək ki, Əməkdar artist Firuzə İbadovanın səhhətində problem yaranması barədə xəbər yayılıb. Müğənni "Səhər mərkəzi" verilişinə dəvət olunsa da, səhhətindəki problemlə əlaqədar gedə bilməyib.
Azra