Xalq artisti onkoloji xəstəlikdən əziyyət çəkirmiş

MƏDƏNİYYƏT
22:55 / 17.05.2023
1033

Xalq artisti Ramiz Məlik onkoloji xəstəlikdən əziyyət çəkirmiş. 

HİT.az xəbər verir ki, bu barədə o, feysbukda məlumat yayıb. Aktyor bildirib ki, hazırda Milli Onkologiya Mərkəzində müalicə alır:

“Milli Onkologiya Mərkəzinin rəhbəri akademik Cəmil Əliyev başda olmaqla bütün tibb personalına,müalicə həkimim Anar Məmmədova göstərdikləri qayğıya görə dərin təşəkkürümü bildirirəm.Mədəniyyət nazirimiz Adil Kərimliyə şəxsən qayğıma qaldığı və nəzarətdə saxladığına görə təşəkkür edirəm! Hamınızdan çox razıyam,tezliklə sağalıb sizinlə görüşmək üzərə… Hörmətlə Xalq artisti Ramiz Məlik”.

0