Ən çox izlənilən türk serialları - SİYAHI

MƏDƏNİYYƏT
16:33 / 01.06.2023
1744

Serial izləmək boş vaxtlarımızı dəyərləndirdiyimiz metodlardan biridir. Bəzən elə seriallar olur ki, onu izləməkdən doymuruq və hər bölümün təkrar-təkrar izləyirik. Belə serialların yeni bölümlərini, hətta anonslarını da səbirsizliklə gözləyirik.

Əlbəttə ki, belə ekran işləri illər keçsə də unudulmur və əfsanəvi layihələr arasında yer alır.

Azərbaycan vətəndaşlarının ən çox izlədiyi xarici ölkə seriallarının başında isə şübhəsiz ki, qardaş Türkiyə serialları gəlir.

Bu gün sizə təkrarları ölkəmizdə hələ də böyük maraqla izlənilən türk seriallarından bəhs edəcəyik.

HİT.az Türkiyənin ən unudulmaz 10 serialını sizlər üçün təqdim edir:

1. "Kurtlar Vadisi" 2003-cü ildə yayım həyatına başlayan və 2005-ci ildə başa çatan serial daha sonra 2007-ci ildə "Kurtlar Vadisi Pusu" adı ilə ekranlara qayıtdı və 2016-cı ilə qədər davam etdi. "Kurtlar Vadisi" dünyada ən çox izlənilən türk serialları arasında ilk sıralarda yer alır.

Baş rollarında Necati Şaşmaz, Oktay Kaynarca, Gürkan Uygun, Kenan Çoban, Özgü Namal, Erhan Ufak, Selçuk Yöntem, Zafer Ergin, Nefise Karatay, Hatice Şendil, Çiğdem Batur, Musa Uzunlar, Ali Sürmeli, Yıldırım Memişoğlu, Ümit Acar kimi onlarla məşhurun yer aldığı layihə finalsız bir şəkildə ekran macərasını sonlandırdı.

"Kurtlar Vadisi" ən çox kanal dəyişən serial ünvanına da sahibdir. Belə ki, layihə "Show TV", "Kanal D", "ATV", "TNT" və "Star"da yayımlanıb.

2. "Eşkıya Dünyaya Hükümdar Olmaz" "Eşkıya Dünyaya Hükümdar Olmaz" Türkiyənin ən çox izlənilən və yaxın dönəmin reytinq rekordları qıran seriallarından biridir. Lakin 6 il yayımlanan serial da "Kurtlar Vadisi Pusu" kimi ekran macərasını finalsız şəkildə dayandırıb.

2015-2021-ci illərdə "ATV" telekanalında yayımlanan layihənin baş rollarında Oktay Kaynarca, Deniz Çakır, Ozan Akbaba, Yunus Emre Yıldırımer, Tarık Ünlüoğlu, Kenan Çoban, Müjde Uzman, Sanem Çelik, Mesut Akusta, Hüseyin Avni Danyal, Ali Sürmeli, Pelin Akil kimi çox sayda məşhur simalar yer alıb.

3. "Muhteşem Yüzyıl" Qanuni Sultan Süleymanın həyatından bəhs edən serial Türkiyənin dünyada ən çox izlənilən və ən çox xarici ölkəyə satılan serialı olaraq qəbul edilir. 2011-2014-ci illəri arasında davam edən serial "Show TV" və "Star" telakanallarında yayımlanıb.

Ekran işinin baş rollarında Halit Ergenç, Meryem Üzerli, Nur Fettahoğlu, Nebahat Çehre, Vahide Perçin, Okan Yalabık, Selma Ergeç, Ozan Güven kimi məşhurlar çəkilib.

4. "Ezel" 2009-2011-ci illərində yayımlanan serial Türkiyənin əfsanə layihələri arasında yer alır.

Bir dönəmə damğa vuran ekran işinin baş rollarında Kenan İmirzalıoğlu, Cansu Dere, Tuncel Kurtiz, Barış Falay, Yiğit Özşener və Haluk Bilginer çəkilib.

5. "Aşk-ı Memnu" 2008-2010-cu illərdə "Kanal D"də yayımlanan serial ən çox izlənilən türk serialları listəsinin başında gələnlərdən biridir.

Layihənin əsas rollarını Kıvanç Tatlıtuğ, Beren Saat və Selçuk Yöntem canlandırıb.

6. "Asmalı Konak" 2002-2004-ci illərdə "ATV"-də yayımlanan serial türk serial tarixinin unudulmazları arasında yer alır.

Ölkəmizdə də ən çox izlənən türk seriallar arasında yer alan layihənin baş rollarında Özcan Dəniz və Nurgül Yeşilçay yer alıb.

7. "Yaprak Dökümü" 2006-2010-cu illərdə "Kanal D"-də yayımlanan serial da ən çox izlənilən türk seriallarından biridir.

Ekran işinin baş rollarında Halil Ergün, Güven Hokna, Bennu Yıldırımlar, Tolga Karel, Caner Kurtaran, Hasan Küçükçetin, Bedia Ener, Deniz Çakır, Gökçe Bahadır, Fahriye Evcen və Ahmet Saraçoğlu yer alıb.

8. "Poyraz Karayel" "Poyraz Karayel" 2015-2017-ci illərdə "Kanal D"də yayımlanıb və Türkiyənin ən çox izlənilən seriallarından biri olub.

Layihənin baş rollarını İlker Kaleli, Burçin Terzioğlu və Musa Uzunlar canlandırıb.

9. "Kuzey Güney" 2011-2013-cü illərdə "Kanal D"də yayımlanan serial da ən çox izlənilən və sevilənlər arasında türk layihələri arasında özünə yer tapıb.

Ekran işinin baş rollarına isə Kıvanç Tatlıtuğ, Buğra Gülsoy və Öykü Karayel həyat verib.

10. "Diriliş Ertuğrul" Türkiyənin ən çox sevilən tarix seriallarından olan "Diriliş Ertuğrul" Səlçuklu İmperatorluğundan bəhs edirdi.

Layihənin baş rollarında Engin Altan Düzyatan və Esra Bilgiç çəkilirdi. Ekran işi 2014-2019-cu illərdə "TRT1" ekranlarında yayımlanıb.

Pərviz

0