"O öldü, mənsə iflic keçirtdim, ikimiz də unudulduq" - Şeron Stoun

MƏDƏNİYYƏT
09:57 / 05.06.2023
940

Hollivudun insult keçirdikdən sonra ondan imtina etdiyini deyən məşhur aktrisa Şeron Stoun "Yeddi ildir yaxşıyam, amma o vaxtdan bəri işim olmayıb" deyib.

“Əsas instinkt” filmi ilə yaddaşlarda qalan məşhur aktrisa Şeron Stoun 22 il əvvəl insult keçirdikdən sonra Hollivudun ondan üz döndərdiyini deyib.

HİT.az xəbər verir ki, 65 yaşlı amerikalı aktrisa 9 gün davam edən beyin qanaxmasından sonra 2001-ci ildə xəstəxanaya yerləşdirilmişdi. Sağlamlıq qorxusu onu iki il böyük səhnədən kənarda qoyub. Amma bu iki illik qısa müddət onu daha uzun, istənilməyən birinə çevirib.

Çərşənbə günü "The Hollywood Reporter's Raising Our Voices" tədbirində danışan Stoun "7 ildir ki, yaxşıyam, amma o vaxtdan bəri heç bir işim yoxdur" deyib. 

"Bu olay ilk dəfə baş verəndə heç kimə demək istəmədim, çünki səninlə bağlı nəsə baş versə, kənarda qalacağını bilirsən. Məndə vəzi şeylər tərs getdi və 20 ildir ortada yoxam. Həmin dövrdən sonra heç bir iş təklifi olmadı. Amma mən həyatımın bir dönəmində nəhəng kino ulduzu idim", deyə aktrisa bildirib.

Stoun insultdan sonrakı illərdə "Catwoman", "Lovelace" və "The Laundromat" kimi filmlərdə rol alsa da, bu filmlərlə 80-90-cı illərin kassa uğuruna çata bilməyib. Aktrisa 1992-ci ildə hit olan "Əsas instinkt" filmində baş rol oynadıqdan və 1996-cı ildə "Casino" filmində Oskar mükafatına namizəd olduqdan sonra səhhətindəki problemlər səbəbində gələn layihələrin əvvəlki kimi olmadığını bildirib. 2015-ci ildə verdiyi müsahibədə beyin qanaması keçirərək "sahibi olan hər şeyi itirdiyini" söyləyən Stoun "sektordakı yerimi itirdim" demişdi: "Məşhur aktrisa "Mən ən çox pərəstiş edilən kino ulduzu idim. Sanki yalnız şahzadə Diana və mən bu qədər məşhur idik, o öldü, mən isə insult keçirdim. İkimiz də unudulmuşduq".

Samir

0