“Aktyoru yaşadan səhnədir, roldur”.
Bunu HİT.az-a açıqlamasında Xalq artsiti, tamaşaçıların sevimlisi “Moşu” obrazı ilə sevilən Valeh Kərimov deyib. Aktyor onu tamaşaya dəvət edən hər bir rejissora təşəkkür edib:
“Teatrlar, rejissorlar məni hər zaman diqqətdə saxlayır, quruluş verdiyi tamaşalardan kənarda saxlamır. Bölgə teatrlarından daha çox dəvət alıram. Hətta mənim bölgələrdə oynadığım, quruluş verdiyim tamaşalar Bakı tamaşaçılarına da təqdim olunur.
Hazırda yol üstündəyik, Mingəçevir Dövlət Dram Teatrında quruluş verdiyim Əli Əmirlinin “Varlı qadın” tamaşası ilə yaxın günlərdə Teatrlar İttifaqında nümayiş olunacaq. Məni kim görmək istəyirsə, iyunun 19-da teatra gəlsin”.
Azra