“Bütün insanlar ildə bir dəfə diqqət mərkəzində olur”.
Bunu Hit.az-a açıqlamasında Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Bəsti Cəfərova doğum günündən danışarkən deyib. Aktrisa bu əziz günündə hər hansı arzusunun olmadığını bildirib:
“Bu gün doğum günümdür, bütün dostlardan təbrik alıram. Tələbələr, dostlar, iş yoldaşlarım, yaxın qohumlar yada salır, xoş sözlər deyirlər. Mən də xoş sözlərdən məmnunluq duyuram. Bu gün mənim üçün adi günlərdən fərqlənmir. Bu günün özəlliyi odur ki, qızımla birlikdə qeyd edəcəyik”.
Aktrisa bu əziz günündə kimdənsə hədiyyə gözləmədiyini dilə gətirib.
Qeyd edək ki, Bəsti Cəfərova 13 iyun 1959-cu ildə Bakıda doğulub. Bu gün onun 64 yaşı tamam olur.
Azra