Direktorun səhhətində problem yarandı: "Sinir sistemimə toxunur"

MƏDƏNİYYƏT
09:50 / 14.06.2023
1039

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovun səhhətində problem yaranıb.

Direktor HİT.az-a açıqlamasında onurğa sütunu ağrısından əziyyət çəkdiyini deyib:

“Canımla əlləşirəm. Onurğamda problemlər yaranıb. Ağrılar birbaşa sinir sistemimə toxunur, ayaqlarım tutulur. Yeriyəndə, oturub-qalxanda vəziyyətim yaxşı olmur. Müalicə olunuram. Amma neynəyək, belə bir məsəl var, qocalığı boynumuza almasaq da, özü gəlib çıxır boynumuza".

Azra

0