Şuşada Vaqif Poyeza Günləri keçirilir

MƏDƏNİYYƏT
16:31 / 14.07.2023
539

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada Vaqif Poeziya Günləri keçirilir.

Hit.az-a açıqlama verən yazıçı Xanım Aydının sözlərinə görə, tədbir iki gün davam edəcək:

“Tədbir Molla Pənah Vaqifin abidəsinin qarşısında gül qoyma mərasimi ilə başladı. Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin tanınmış yazıçı və şairləri iştirak edir. Hazırda Səməd bəy Mehmandarovun evində konfrans keçirilir. Konfrans bitəndən sonra bütün iştirakçılar Vaqifin məqbərəsinin qarşısına gedəcək və orada mərasim öz işini davam etdirəcək. Axşam isə şer gecəsi keçiriləcək”.

Xanım Aydın sözü gedən tədbirin çox maraqlı olduğunu qeyd edib.

Azra

0