Xalq artistinin yubileyi qeyd ediləcək

MƏDƏNİYYƏT
18:31 / 17.07.2023
527

Xalq artisti, mərhum estrada ifaçısı Mirzə Babayevin 110 illik yubileyi keçiriləcək.

Hit.az xəbər verir ki, “Mirzə Babayev 110” adlı gecə Heydər Əliyev Sarayında baş tutacaq. Sentybrın 28-ə təyin olunan tədbirin biletləri 10-150 manat arasında dəyişir.

Gecədə Mirzə Babayevin həyat və yaradıcılığından danışılacaq, sənət adamları isə onun repertuarında olan mahnıları səsləndirəcək.

Azra

0