Gülyanaq Məmmədova: "Bakıda Özbəkstan mədəniyyət günləri keçiriləcək"

MƏDƏNİYYƏT
14:22 / 19.07.2023
705

Gələn ay Bakıda Özbəkstan mədəniyyət günləri keçiriləcək. 

Bunu Hit.az-a açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova deyib. Bu məqsədlə Özbəkstandan Azərbaycana bir qrup sənət adamı səfər edəcək:

“Ayın 1-də Heydər Əliyev Sarayında tədbirin açılış mərasimi olacaq. Sonra Özbəkistan günləri Musiqili Teatrda öz işini davam etdirəcək. Özbək aktyorlarının ifasında tamaşalar oynanılacaq və tanınmış müğənnilərin ifası dinləniləcək. Bizim də ifalarımız olacaq”.

Gülyanaq Məmmədova deyir ki, tədbir çərçivəsində özbək mətbəxindən nümunələr təqdim olunacaq:

“Əsas da özbək aşı. Kim istəyir gəlib orada həmin aşdan yeyə bilər”.

Azra

0