Bakı Bələdiyyə Teatrı Xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesinə müraciət edib.
Hit.az xəbər verir ki, tamaşa Xalq artisti, rejissor Mərahim Fərzəlibəyovun quruluşunda səhnəyə qoyulacaq.
Hazırda məşqləri gedən tamaşada Gülsabah Quliyeva, İlqar Musayev, Zülfiyyə Məmmədova, Nigar Babayeva, Toğrul Rza, Mamed Əlili və başqa aktyorlar rol alıb.
Qeyd edək ki, İlyas Əfəndiyev “Məhv olmuş gündəliklər” pyesi 1969-cu ildə qələmə alınıb. Pyes Azərbaycan teatrlarının səhnəsində müxtəlif rejissorlar tərəfindən tamaşaya qoyulub.
Azra