"İrəvan Teatrı" mövsümü bağladı: Bu il nə ilə yadda qaldı?

MƏDƏNİYYƏT
12:13 / 31.07.2023
681

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı özünün 141-ci mövsümünü bağlı elan edib. 

Bu barədə Hit.az-a teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Priyev məlumat verib. 

Onun sözlərinə görə, kollektiv mövsümə iki tamaşa - “Qurtuluş” və “Nurlu ömrün anları” ilə vida edib.

Direktor bildirib ki, sözügedən tamaşalar 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində hazırlanıb. 

Tamaşanın müəllifi şair-dramaturq İftixar Priyevdir. 

Direktor deyir ki, teatr heyəti hər iki tamaşa ilə respublika miqyaslı qastrol səfərlərində olub:

“Tamaşada iştirak edən 25 nəfər yaradıcı və texniki əməkdaşlarımız mükafatlanıb”

Azra

0