Ağdam Dövlət Dram Teatrının 100 illik yubileyi keçiriləcək.
Bu barədə Hit.az-a açıqlamasında teatrın baş redaktoru Məhəmməd Hüseynov deyib. O, yubiley çərçivəsində bir sıra tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb:
“Teatrımız qardaş Türkiyə Cümhuriyyətinə “Ankara Uluslararası Teatro festivalı"na dəvət aldı və Əziz Nesinin “Ağrın alım, al qadamı" tamaşası ilə çıxış etdik. Teatrın baş rejissoru Kərim Həsənovun rəhbərliyilə yaradıcı qrupumuz diplomlarla qayıtdı. Sonra yenə yubileyimiz çərçivəsində Bakıda Teatr Xadimləri İttifaqında N.Qədimlinin “Şuşadan gələn səs" tamaşası ilə qastrol səfərində olduq. Tamaşanın rejissoru Kərim Həsənov idi. Çox istərdik ki, Ağdamda teatrımızın qalıqları qarşısında bir tamaşamızın videoçəkilişini edək. Amma bizi hələ ki, ora buraxmırlar”.
Yubiley tədbirinin harada və necə keçirilməsinə gəlincə, direktor mərasimin payızda olacağını bildirib:
“Nazirliyimiz və rayon rəhbərliyi ilə məsləhətləşmədən sonra tədbirin vaxtı təyin olunacaq”.
Azra