Küveyt hakimiyyəti ictimai əxlaqı və sosial adətləri qorumaq məqsədilə “Barbie” və “Talk to Me” filmlərini qadağan edib.
HİT.az ölkənin rəsmi xəbər agentliyi KUNA-ya istinadən xəbər verir ki, İnformasiya Nazirliyinin mətbuat və nəşr müşavirinin müavini və Kino Filmlərinə Nəzarət Komitəsinin rəhbəri Lafi əs-Sabii "Barbie" və "Talk to Me" filmlərinin nümayiş olunmayacağını bildirib.
Komitənin ictimai əxlaqı və ictimai ənənələri qorumaq səyləri çərçivəsində sözügedən filmlərin nümayişinə qadağa qoyulduğunu bildirən əs-Sabii deyib:
"Komitə filmin nümayişinə icazə verməzdən əvvəl narahatedici səhnələrin silinməsini tələb edir. Əgər filmdə cəmiyyətin dəyərlərinə uyğun olmayan mesaj varsa, onun yayımlanması qadağandır. Bu, xalqımızın dəyərlərinə, adət-ənənələrinə uyğun gəlməyən istənilən məzmunlu filmə aiddir".
Samir