Yeni mövsümdə ARB kanalında “Bahar” adlı bir serial yayımlanacaq.
Bu barədə Hit.az-a açıqlamasında yazıçı Xanım Aydın məlumat verib.
Serialın qruluşçu rejissoru Vüsal Məmmədovdur: “Artıq serialın çəkilişlərinə başlanılıb. Serialda müəyyən bir süjet xətti üzrə sevgi, dostluq, xəyanət və müxtəlif həyati hadisələrlə yanaşı, cəmiyyətə, müxtəlif sosial mesajlar ötürmək də nəzərdə tutulub”.
Xatırladaq ki, “Bahar” adlı bir serialın ssenari müəllifləri Xanım Aydın və Yeganə Cansaildir.
Azra