Xalq artisti: "İnana bilmirəm ki, Aliyə yoxdur"

MƏDƏNİYYƏT
17:35 / 01.09.2023
751

“Bu xoreoqrafiya sənəti üçün böyük itkidir”.

Bunu Hit.az-a açıqlamasında Xalq artisti Təranə Muradova Əməkdar artist Aliyə Ramazanovanın ölüm xəbərindən danışarkən deyib. 

O bildirib ki, Aliyə Ramazanova ömrünü sənətə həsr edən rəqqas olub:

“Aliyənin ölüm xəbərini sizdən aldım. 3-4 ay bundan əvvəl Xoreoqrafiya Akademiyasında görüşmüşdük. İnana bilmirəm ki, Aliyə yoxdur. O, bizim korifeyimizdir. Çox sənətini sevən, peşəkar bir rəqqas idi. Onun bu sənətdə öz dəsti-xətti var və gözəl ifaları var idi. Roza Cəlilovanın davamçısı idi”.

Təranə Muradova Aliyə Ramazanovanın milli rəqslərin mahir ifaçısı olduğunu vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti Əməkdar artist Aliyə Ramazanova vəfat edib.

Azra

0