Əli Nur “Əsrə bərabər gün”də rol aldı

MƏDƏNİYYƏT
12:10 / 06.09.2023
812

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Əli Nur Çingiz Aytmatovun “Əsrə bərabər gün” tamaşasında rol alıb.

Bu barədə Hit.az-a aktyorun özü məlumat verib. Aktyor bildirib ki, bundan əlavə teatrda yeni mövsümdə daha iki tamaşaya quruluş veriləcək:

“Onlardan biri Anarın “Dantenin yubileyi” və biri də Şıxəli Qurbanovun “Səniz” tamaşalarıdır. Mənə “Səniz” tamaşasında Tərlan rolu verilmişdi. Amma sonra bu rol başqasına verildi”.

Aktyor yeni mövsümdə müraciət olunacaq tamaşalarda rol ala biləcəyini ehtimal etdiyini qeyd edib:

“Düşünürəm ki, mən rolsuz qalmaram”.

Azra

0