Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “Belaya veja” Teatr Festivalında iştirak edəcək.
Hit.az xəbər verir ki, sentyabrın 8-dən 16-dək davam edəcək festival Belarusun Brest şəhərində keçiriləcək.
Teatrın direktoru Əliqismət Lalayev beynəlxalq festivalın münsiflər heyətində təmsil olunacaq.
Azərbaycan Dövlət Akademik Musiqili Teatr "Utancaq qız" mono-tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Tamaşa Əməkdar artist Şövqi Hüseynovun ifasında təqdim olunacaq.
Azra