Kəmalə Ağazadə: "Valideyn soruşurmu ki, sən mənim övladıma nə öyrədirsən?"

MƏDƏNİYYƏT
15:51 / 12.09.2023
806

“Rəqs müəllimi düşünməlidir ki, qız uşağına kişisayağı rəqsi niyə öyrədir? Bu həmin qızlara nə verəcək?”.

Bunu Hit.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə qız uşaqlarına kişisayağı rəqs öyrədən müəllimin dərsi zamanı çəkilən videodan danışarkən deyib. 

Sədr bildirib ki, bu məsələdə daha çox valideynlər rol oynayır:

"Valideynlər yaranan məsələyə münasibət bildirməlidirlər. Çünki həmin uşaqları rəqsə valideynləri göndərir. Valideyn o müəllimdən soruşurmu ki, sən mənim övladıma nə öyrədirsən? Bir baxırmı ki, uşağı hansı rəqsi öyrənir? Qızların hər bir hərəkətinə valideyn nəzarət etməlidir. Uşağın asudə vaxtının təşkili məqsədi ilə hansısa dərnəyə qoyursa, valideyn mütləq nəzarət etməlidir. Valideyn sadəcə uşağını başından etmək üçün rəqsə qoyursa, onun üçün nə fərqi? Qız, yaxud da oğlan”. 

Sədr qeyd edib ki, hər bir ailədə milli dəyərlər formalaşmalıdır:

“Qızların incə rəqs etməsi daha məqsədəuyğundur. Bəlkə belə rəqslərlə qızların kişi kimi formalaşmasını düşünürlər? Bu çox yalnışlıqdır. Qadın incə, zərif, qüruru isə mərd olmalıdır”.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə azyaşlı qızların oğlansayağı rəqsləri barədə yayılan görüntülər müzakirə yaradıb. 4-5 yaşı olan balaca qızların bədən qıraraq müxtəlif rəqs hərəkətləri göstərmələri tənqid olunub.

Azra

0