Əməkdar artist, xanəndə İlkin Əhmədov Çin Xalq Respublikasından səfərdən qayıdıb.
Bu barədə Hit.az-a muğam ifaçının özü məlumat verib.
O bildirib ki, səfər zamanı Çində keçirilən 6-cı Beynəlxalq İpək Yolu Mədəniyyət Sərgisinə həsr olunan festivalda iştirak edib:
“Dünya şöhrətli layihəyəyə 6 ildir ki, Mədəniyyət Nazirliyi də dəstək verir. Bu dəfə festivala Mədəniyyət Nazirliyi məni göndərdi. Burda məqsəd ondan ibarət idi ki, “İpək yolu” layihəsində iştirak edən bütün ölkələr görsün ki, Qarabağ Azərbaycandır. Mən festivalda “Fudayar təsnifi”ni ifa etdim. Məndən sonra Günay İmamverdiyeva “Şuşanın dağları” mahnısını ifa edib”.
İlkin Əhmədova qarşıda bir neçə ölkəyə səfəri olacağını da vurğulayıb.
Azra