Lənkəran Dövlət Dram Teatrında 133-cü mövsümün açılışı baş tutub - FOTO

MƏDƏNİYYƏT
13:42 / 18.09.2023
726

Sentyabrın 17-si Lənkəran Dövlət Dram Teatrında 133-cü mövsümün açılışı baş tutub. 

Tədbiri giriş sözüylə açan teatrın direktoru vəzifəsini icra edən İntiqam Hacılı qısa olaraq keçən mövsüm görülən işlər və gələcək hədəflər barədə məlumat verib. 

Bildirilib ki, sentyabr və oktyabr aylarında daha iki tamaşanın premyerası baş tutacaq. Sonra çıxış edən teatrın baş rejissoru Anar Babalı, Əməkdar artist Sucəddin Mirzəyev və Şarud Mehdiyeva tamaşaçılara və teatrın əməkdaşlarına ürək sözlərini çatdırıb.

Daha sonra gənc rejissor Abdulla Elşadlının Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?" pyesi əsasında səhnələşdirdiyi "The Müqəssir" tamaşası nümayiş etdirilib. Rejissorun debüt tamaşası olan səhnə işində rolları Xalq artisti Qabil Quliyev, artistlər Saleh Əzimzadə, Ayşən Əsədova, Məleykə Cəfərova, Teymur Hacızadə, Vəfa Hacızadə və Günel Abbaszadə canlandırıb. Səhnə əsərinin bəstəkarı Azər Hacıəsgərli, quruluşçu rəssamı Tərlan Sadıqov, rəssamı Nərgiz Baxşızadə, geyim üzrə rəssamı Güli Süleymanlıdır. 

0