Xalq artisti: "Ağrıkəsicilərlə yaşayıram"

MƏDƏNİYYƏT
14:45 / 19.09.2023
767

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyevanın səhhəti ağır olaraq qalır.

Bu barədə Hit.az-a aktrisanın özü məlumat verib. Naibə Allahverdiyeva ağrıkəsiçilər vasitəsi ilə yaşadığını bildirib:

“Hələ ki, müsbətə doğru bir şey yoxdur, ağrıkəsicilərlə yaşayıram. Teatrda tamaşalarım var, rollarımı oynamalıyam. Bütün günü həkimləri gəzirəm, hərə bir söz deyir. Müalicə, qəbul etdiyim dərmanların heç bir təsiri yoxdur, ağrı bütün əsəblərimi pozub”.

Qeyd edək ki, bir müddət öncə Xalq artisti sosial şəbəkədə səhhətində problemlərin olduğunu və gecələr ağrıdan yata bilmədiyini bildirmişdi. 

Xatırladaq ki, aktrisa illər öncə çəkiliş zamanı yıxılıb və topuğundan travma alıb. Zamanla ağrılar şiddətlənib və onun hərəkət etməsində güclü problemlər yaradıb.

Azra

0