Bakı Uşaq və Gənclər Teatrı yeni mövsümə "Gəlincik"i hazırlayır

MƏDƏNİYYƏT
16:23 / 20.09.2023
684

Əməkdar artist İntiqam Soltanın rəhbərlik etdiyi Bakı Uşaq və Gənclər Teatrı da yeni mövsüm açılışına hazırlaşır. 

Teatrdan Hit.az-a verilən məlumata görə, kollektiv balaca tamaşaçıları Abdulla Şaiqin “Gəlincik” tamaşası ilə açacaq. Tamaşa sentyabrın 23-də Q.Abbasov adına mədəniyyət sarayında təqdim olunacaq.

“Gəlincik”in rejissoru İlhamə Əhmədova, rəssamı Sevda Məmmədova, dekorçusu rəssam Zəminə Allahverdiyeva, rəqslərin quruluşçusu Könül Şahbazovaya, musiqi tərtibatıçısı Rauf Hüseynov və Rəfael Muradxanlıdır.

Tamaşa 5-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub.

Azra

0