Azərbaycanın Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
HİT.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında qərar qəbul olunub.
Bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən “Azıx və Tağlar mağaraları - "Azərbaycanın tarixdən əvvəlki yerləri” adlı nominasiya UNESCO-nun İrs Siyahısına daxil edilib.
Qeyd edək ki, Ermənistan Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxmışdı. Amma ermənilərin UNESCO-da apardıqları çirkin kampaniya nəticəsiz qalıb.