Sumqayıt Dövlət Dram Teatrının işğaldan azad olunan Laçın şəhərinə nəzərdə tutulan səfəri baş tutmayıb.
Bunu Hit.az-a açıqlamasında sözü gedən teatrın direktoru Vidadi Məmmədov deyib. O bildirib ki, buna səbəb Qarabağda lokal xarakterli antiterror tədbirlərinin aparılmasıdır:
“Səfərimiz güman ki, aprel ayına qalacaq. Çünki havalar da soyuyur”.
Direktor sentyabrın 27-də teatrda yeni mövsüm açılışının olacağını diqqətə çatdırıb:
“Sumqayıt Teatrı yeni mövsümü "Missiya" ilə açacaq. Hafiz Ataxanlının “Missiya” tamaşası Xalq artisti Firuddin Məhərrəmlinin quruluşunda təqdim olunacaq. “Missiya” tamaşası Azərbaycanın Milli Qəhrəmanı Qorxmaz Eyvazova həsr olunub”.
Azra