Əməkdar artist: "Zəngilanda yaşamaq istəyirəm"

MƏDƏNİYYƏT
17:52 / 29.09.2023
727

“Çox sevindirici xəbərdir, Zəngilanın hər qarışı mənim evim, canım və qanımdır”.

Bunu Hit.az-a açıqlamasında Əməkdar artist Almaz Orucova Zəngilan şəhərinə qayıdışın vaxtının açıqlanması ilə bağlı danışarkən deyib. 
Xanəndə bildirib ki, həmin torpaqlarda böyüyənlər bu 30 ildə qaçqınlığın nə demək olduğunun acısını daha çox hiss etdilər:

“Mən də onların biriyəm. Düzdür, müharibədən çox-çox əvvəl gəlmişdim, amma valideynlərimin oradakı əziyyətini heç zaman unutmaram. Buna necə sevinməyəsən, uşaqlıq illərimin keçdiyi dogma Zəngilana qayıdacağıq. Qürurla torpaqda tikilən evləri görüb sevinəcəyik. Əsas odur ki, bütün xalq vətəninə, elinə qayıdacaq. Dövlətimiz, elimiz, ordumuz sağ olsun. Harada olmağımızdan asılı olmayaraq torpaq bizi çəkir”.
 
Almaz Orucova böyük qürurla Zəngilanda yaşamaq istədiyini əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində Zəngilan şəhərinə qayıdışın vaxtını açıqlayıb:

"2025-ci ildə, ola bilər bir az da tez Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Azra

0