Şəhid və qazi ailələri üçün “Mən buradayam, ilahi” filminin nümayişi Park Cinema Flame Towers filialında baş tutub.
HİT.az xəbər verir ki, filmin aktyor heyətində Rasim Cəfər, Aygün Əlipənahova, Günay Həsən, Ayşad Məmmədov və Leyli Vəliyeva kimi tanınmış simalar yer alıb.
Filmin prodüseri Həsən Axundov, operatoru Vasif Vəlizadə, bəstəkarı Azər Hacıəsgərlidir.
Qeyd edək ki, “Mən buradayam, ilahi!” bədii filmi 2023-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının “Ən yaxşı prodüser işi” (Nicat Dadaşov və Həsən Axundov) kateqoriyasında ənənəvi illik mükafatına layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqı sözügedən filmə informasiya dəstəyi və maliyyə dəstəyi də göstərib.