Xalq artisti: "Müəllimlərə qarşı münasibət yaxşı deyil"

MƏDƏNİYYƏT
18:53 / 05.10.2023
549

"Təəssüflər olsun ki, bu gün cəmiyyətdə müəllimlərə qarşı münasibət yaxşı deyil. Sanki müəllimləri hörmətdən salmaqla bağlı bir kampaniya görürəm. Müəllim uşağı döydü, üstünə qışqırdı, incitdi və s. Bu belə olmamalıdır”.

Bunu Hit.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib. Sənətçi bildirib ki, müəllim müqqədəs peşədir:

“Hər kəs oxuya bilər, amma müəllim ola bilməz. Ulu öndərimiz həmişə deyirdi ki, “Mən müəllim adından uca ad tanımıram”. Bu gün cəmiyyətdə uğurlarıma görə müəllimlərimə minnətdaram. İlk dəfə məni əlimdən tutub sinifə aparan Sənubər müəlliməni yaddan çıxartmaram. Mənə yazmağı o öyrədib, bundan əlavə bizə həm də bir ana olub. Onu necə unuda bilərəm? Harada olsam, müəllimlərimi yada salıram”.

Mənsum İbrahimov bütün Azərbaycan müəllimlərini Beynəlxalq müəllim günü ilə bağlı təbrik edib.

Azra

0