Xalq artistləri: "Sürprizlər olacaq"

MƏDƏNİYYƏT
13:05 / 10.10.2023
644

Xalq artistləri Mübariz Tağıyev, İlqar Muradov və Sərxan Sərxanın iştirakı ilə nəzərdə tutulan “Ötən günlərin mahnıları” adlı konsertə sayılı günlər qalıb.

Müğənni Mübariz Tağıyev Hit.az-a açıqlamasında konsetin bəzi sürprizləri olduğunu vurğulayıb:

“Biz bir nəslin nümayəndələriyik, hər birimizin ayrı-ayrılıda pərəstişkarları var. Onlar uzun zamanda bizdən konsert gözləyir. Biz də düşündük ki, üçümüz birlikdə konsert edək. Konsertin repertural ilə bağlı danışmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, əyləncəli bir gecə olacaq”.

Mübariz Tağıyev tamaşaçılarını “Ötən günlərin mahnıları” adlı gecəyə dəvət etdi.

Azra

0