Bakı Uşaq və Gənclər Teatrı "Bir teatr-bir festival" layihəsi çərçivəsində "3+3" festivalı keçirəcək.
Bu barədə Hit.az-a teatrın əməkdaşı Leyla Həşimova məlumat verib.
Onun sözlərinə görə, festival II Qarabağ müharibəsinin üçüncü ildönümünə həsr olunub. Tədbir 1-3 noyabr tarixlərində Teatr Xadimləri İttifaqının tamaşa zalında baş tutacaq.
“3+3” adlı festivalda Akademik Milli Dram Teatrı, Akademik Musiqili Teatrı, Gənc Tamaşaçılar Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı Uşaq və Gənclər Teatrı və s. iştirak edəcəklər.
Azra