Əməkdar artist: "Bu layihə Azərbaycanda ilk dəfə keçirilirdi"

MƏDƏNİYYƏT
15:25 / 18.10.2023
694

"100 tar" layihəsi Azərbaycanda ilk dəfə idi keçirilirdi".

Bunu Hit.az-a açıqlamasında Əməkdar artist Elçin Həşimov deyib. Onun sözlərinə görə, layihə rəmzi məna daşıyır:

“Layihə Füzuli şəhər günü təqdim edilib. Qarabağ musiqinin, tarın, kamançanın vətənidir. Belə böyük tar ifaçılarının layihədə qrup halında  birləşməsi sevindirici haldır. “100 tar” layihəsinin müəllifi Vüqar Camalzadədir. Layihəyə məni də dəvət etdilər, sevə-sevə iştirak etdim. Çox maraqlı bir layihə alındı",

“100 tar” layihəsinin ifaçılarının yenidən biraraya gəlməsinə gəlincə, Elçin Həşımov deyib ki, bu dəvətdən asılıdır: “Hazır layihədir və xeyli vaxt sərf edilib. Əgər başqa bir tədbirdən dəvət alsaq, təbii ki, layihə təkrarlanacaq”.

Azra

0