Xalq artisti Arif Babayevin səhhəti normaldır.
Bunu Hit.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.
O bildirib ki, Arif Babayevin səhhəti ilə bağlı mətbuatda yayılan informasiya həqiqəti əks etdirmir:
"Oğlu ilə danışdım. Deyir atam yaxşıdır, narahatlığa heç bir səbəb yoxdur".
Qeyd edək ki, mətbuatda Xalq artisti Arif Babayevin halının pisləşməsi ilə bağlı məlumat yayılıb.
Azra