Məşhur muğam ifaçıları Opera Studiyasında toplaşacaq

MƏDƏNİYYƏT
10:31 / 23.10.2023
830

Bakıda muğam ifaçıları bir araya gələcək.

Hit.az-a xəbər verir ki, noyabr ayının 23-də Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert salonunda bir neçə muğam ifaçısıbıb iştirakı ilə muğam axşamı keçiriləcək. 

Gecədə Xalq artistləri Nəzakət Teymurova, Gülyaz Məmmədova, Əməkdar artistlər Təyyar Bayramov, Arzu Əliyeva, Elnur Zeynalov, İlkin Əhmədov, Gülüstan Əliyeva, Səbuhi İbayev, xanəndələr Rəvanə Əmiraslanli, Mirəli Sarizadə, Fuad Əzizzadə, Xəyal Hüseynov və başqalrı iştirak edəcək. 

Qeyd edək ki, konserti teatrın simfonik orkestri, xor kollektivi və  xalq çalğı alətləri ansamblı müşayiət edəcək. Konsertdə milli operalardan parçalar, xalq mahnıları və muğamlar səsləndiriləcək.

Muğam ifaçılarının iştirakı ilə baş tutacaq konsertin biletlərinin qiyməti 11-16 manat arasındadır.

Azra

0