Akademik Milli Dram Teatrında Anarın “Dantenin yubileyi” əsəri əsasında hazırlanan tamaşa təqdim edilib.
Teatrın aktyoru, Xalq artisti Əli Nur tamaşa haqqında fikirlərini Hit.az-a bölüşüb.
Aktyor bildirib ki, “Dantenin yubileyi” ilk dəfə idi teatrın bütün kollektivini bir araya yığmışdı:
"Barışdırıcı mövqedən çıxış etmək Mehriban Ələkbərzadənin təşəbbüsüdür. Məqsəd bütün kollektivi tamaşalarda görmək və bədii şura başda olmaqla tamaşaları müzakirə etmək. Sövet dövründə bu ənənə daha geniş idi. Neçə illərdir ki, bu ənənə “Azdrama”da ləvğ olunmuşdu. Mehriban xanım teatra yeni bir dövr və estetka gətirdi. Tamaşanı Ərşad Ələkbərli hazırlayıb. Anar bu əsərdə bir istedadsız aktyorun ailə faciəsini qələmə alıb. Burada psixoloji aktyor oyunu məharəti tələb olunur. Aktor istedadsızlığı ilə əzab çəkir, bəzən özünü tərifləyir, bunların təqdim etmək üçün aktyordan qeyri-adi talant tələb olunur. Ərşad müəllim bunu fats janrında qoyub, tamaşada obrazlar isteza ilə təsviri verilib. Fats janrı sirkdə klonlar tərəfindən gülüş doğurur, təlxəklik hərəkətlər, kobud zarafatlardan təzahür edən aktyor oyunu tələb edilir”.
Xalq artisti hesab edir ki, Kəbirlinski obrazını yaratmaq çətindir, onu hər aktyor oynaya bilməz:
“Bu obrazı oynayan aktyorun dəhşətli, qeyri-adi intelekti olmalıdır. İntelekt ona görə lazımıdr ki, aktyor səhnədə fikirləşə-fikirləşə danışır. Tamaşada çox qəribə bir quruluş verilib, avtobusdur. Hadisələr bəzən avtobusun içində, bəzən ətrafında baş verir. Avtobus yerində fırlanır, hərəkət edir, yenə də dayanır. Burada əsas məsələ rejissorun qeyri-adi peşəkarlığıdır, bu janrı duymaq qabiliyyətidir. Bütün obrazlar rejissorun fikirini tamamlamalıdır, başqa aktyor oyunu mümkün deyil. Bu obrazları dəqiq təqdim edilməsinin zirvəsini Xalq artisti, aktyor Sabir Məmmədov kəşf elədi. Onun müəyyən qədər yaşı olsa da bu obrazı ilə yeni bir epoxa yaratdı. Sabir Məmmədov bu obrazı ilə fenamon aktyor olduğunu sübut etdi. Bu obrazı ilə yeni bir aktyor təqdimatı gətirdi. Burada rejossorun da xidməti böyükdür”.
Əli Nur bildirib ki, tamaşada 4 gənc aktyor da iştirak edib:
“Onlar cavandır və teatra bu il gəliblər. İnanıram ki, gələcədə bu aktyorlar da bizimlə ayaqlaşacaqlar. Belə gözəl tamayaşa görə, başda Mehriban xanım olmaqla bütün kollektivi təbrik edirəm”.
Azra