Sabirabadda “Toy dəsgahı” olub

MƏDƏNİYYƏT
20:47 / 24.10.2023
709

Azərbaycan Dövlət YUĞ Teatrı Sabirabad rayonunda səfərdə olub.

Bu barədə Hit.az-a teatrdan məlumat verilib. Kollektiv səfərdə Cəlil Məmmədquluzadənin “Çay dəsgahı” əsəri əsasında hazırlanan “Toy dəsgahı” tamaşası ilə çıxış edib.

Qeyd edək ki, tamaşanın rejissoru Günay Səttardır. Tamaşada Vüqar Hacıyev, Təranə Ocaqverdiyeva, Oqtay Mehdiyev, Amid Qasımov, Elgün Həmidov, Günəş Mehdizadə və Nigar Mürsəlova çıxış edib. 

Çoxsəsli ambivalent artefaz janrlı tamaşada xanla xanım çaydan zəhərləndiyinə görə müqəssir axtarılır. Alleqorik personajlar öz aralarında bu hadisəyə səbəb olan günahkarı axtararaq günahsız birini ittiham edir və onu qurban verirlər.

Tamaşa Sabirabad rayon Mədəniyyət Mərkəsində nümayiş olunub.

Azra

0