Xalq artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrnın solisti Əli Əsgərovun xatirəsi yad ediləcək.
Hit.az xəbər verir ki, tədbir noyabrın 25-də Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda baş tutacaq. Gecənin biletlərinin qiyməti 11-16 manat arasında satılır.
Əli Əsgərov 1990-cı ildən 2023-cü ilə dək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist vəzifəsində çalışıb və bu müddətdə teatrın səhnəsində aşağıdakı obrazları yaradıb:
Jorj Bizenin "Karmen" operasında Sunyiqa, Cüzeppe Verdinin "Trubadur" operasında Azuçena, "Riqoletto" operasında Sparafuçile, "Traviata" operasında Markiz, "Don Karlos" operasında Filip II, Volfqanq Amadey Motsartın "Sehrli fleyta" operasında Zarastro, "Fiqaronun toyu" operasında Antonio, Coakkino Rossininin "Sevilya bərbəri" operasında Don Bazilyo, Cakomo Puççininin "Toska" operasında Dustaqxana gözətçisi, "Canni Skikki" operasında Notarius.
Xalq artisti 2023-cü ildə dünyasını dəyişib.
Azra