\"Bir teatr - bir festival” keçirildi - FOTOLAR

13:22 / 06.11.2023
645

Bakı Uşaq və Gənclər Teatrı qələbənin üçüncü ildönümü münasibətilə “Bir teatr - bir festival” layihəsi çərçivəsində “3+3=7” festivalı keçirib.

Bu barədə Hit.az-a açıqlamasında teatrın mətbuat xidmətinin rəhbəri Leyla Həşimova məlumat verib. 

1-3 noyabr tarixlərində 7 teatrın iştirak etdiyi festival Teatr Xadimləri İttifaqında, Akademik Milli Dram Teatrının, Akademik Musiqili Teatrının və Gənc Tamaşaçılar Teatrının səhnəsində baş tutub. Festivalda Akademik Milli Dram Teatrı “Küknarlar məktub” (müəllif Q.Çoxeli, rejissor Nigar Güləhmədova), Akademik Musiqili Teatrı “Bir nəfəs qədər” (ideya müəllifi Əliqisməıt Lalayev, rejissor Samir Qulamov), Gənc Tamaşaçılar Teatrı “İnanıram” (müəllif Ülviyyə Heydərova, rejissor Elşad Rəhimzadə), Kukla Teatrı “Müsyo Jordan” ( M.F.Axundov, rejissor Aleksandr Maksimçev), Lənkəran Dövlət Dram Teatrı “Haqqın 44 günü” (müəllif və rejissor Anar Babalı), Mingəçevir Dövlət Dram Teatrı “Adsız” (müəllif Aygün Həsənoğlu, rejissor, Vüsal Mehrəliyev) , Bakı Uşaq və Gənclər Teatrı “Son nəfəsə qədər” (İdeya müəllifi və rejissor Könül Şahbazova), “Cənnətə bilet” (müəllif və rejissor İlhamə Əhmədova), “Vətən” (ideya müəllifi və rejissor respublikanın əməkdar artisti İntiqam Soltan) tamaşaları nümayiş olunub.

Leyla Həşimova iştirakçı teatrların tamaşaları Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Festivalın təşkilat komitəsi tərəfindən diplom və kristal mükafatlarla, tamaşaların rejissor və iştirakçıları təşəkkürnamələrlə, teatrlarda çalışan II Qarabağ müharibəsi iştirakçıları da təşəkkürnamələrlə təltif olunduğunu vurğulayıb. Layihənin rəhbəri və ideya müəllifi respublikanın əməkdar artisti İntiqam Soltandır.

Azra

0