Xalq artisti konsert gəlirlərini YAŞAT Fonduna köçürəcək

MƏDƏNİYYƏT
13:55 / 23.11.2023
775

Xalq artisti Aygün Bəylər YAŞAT Fonduna yardım edəcək.

Hit.az xəbər verir ki, sənətçi mərhum Prezident Heydər Əliyevin 100 illiyi münasibəti ilə solo konsert keçirəcək. Konsert dekabrın 26-da Heydər Əliyev Sarayında baş tutacaq.

"Yaxşı ki, varsan" adlı konsertin proqramında mərhum Prezident Heydər Əliyevin sevdiyi mahnılar da yer alacaq. Aygün Bəylər sözügedən konsertdən əldə edilən bütün vəsaiti YAŞAT Fonduna ianə edəcək.

Konsertin biletlərinin qiyməti 70-100 manat arasındadır.

Azra

0