Heydər Əliyev Sarayında ən böyük bayram şənliyi olacaq

MƏDƏNİYYƏT
10:07 / 30.12.2023
627

Yeni ilin ən böyük bayram şənliyi Heydər Əliyev Sarayında keçiriləcək.

Hit.az xəbər verir ki, uşaqlar üçün hazırlanan möhtəşəm şou proqram 2024-cü ilin yanvar ayının 4-də baş tutacaq.  

Bu, ''Şaxta Babanın Axtarışında'' adlı proqram yeni bir proqramdır. Senaridə Şaxta Babanın axtarılmasından bəhs edilir. 

Möhtəşəm şou proqramla bağlı xaricdən xususi aparatlar gətirilib. Proqram başlamamışdan əvvəl foyedə uşaqlara özəl üz boyama və hədiyyələr olacaq. Uşaqlar “Şaxta Baba Axtarışda” qış nağılında sehrbazların şousu, super qəhrəmanlar, "Face Hole Fotozone"lar, yarışlar və müsabiqələr, Yeni il qəhrəmanları, DJ şoularının canlı izləyəcəklər. 

Uşaqlar üçün bu şounun biletlərinin qiyməti 5-35 manat arasındadır.

Azra 

0