“Azərbaycan sənət aləmi həqiqətən də böyük bir istedadı itirdi”.
Bunu Hit.az-a açıqlamasında Xalq artisti Mübariz Tağıyev Əməkdar artisti Aygün Bəylərin ölümündən danışarkən deyib. Sənətçinin sözlərinə görə, Aygün Bəylər nadir istedadı olan biri idi:
“Azərbaycanda istedadlılar çoxdur, amma Aygün Bəylər kimiləri çox azdır. Allah ona nadir bir istedad vermişdi. Bu ona Allahdan verilən bir vergi idi. Böyük bir məktəb idi”.
Mübariz Tağıyev Aygün Bəylərlə bir neçə verilişdə olduğunu vurğulayıb:
“Deyiləsi, danışılası deyil, insan kimi ayrı bir aləm idi. Əsl dost idi, böyük-kiçik yeri bilərdi. Heyif ondan, çox heyif. Onun elə bir ifası olmadı ki, xalq onu sevməsin. Təkcə “Tut ağacı” böyük bir əsərdi. Onu dinləyərkən haralara getmirik”.
Qeyd edək ki, Əməkdar artisti Aygün Bəylər uzun sürən xəstəlikdən sonra bu gecə dünyasını dəyişib.
Azra