Yadigar Muradovun səhhəti necədir?

MƏDƏNİYYƏT
12:00 / 09.01.2024
505

Şuşa Musiqili Dram Teatrının direktoru Yadigar Muradovun səhhəti normallaşıb.

Bu barədə Hit.az-a onun özü məlumat verib. Direktor bildirib ki, müalicə prosesi davam edir:

"Müalicə olunuram, dərmanların xeyri çoxdur. Vəziyyətim yaxşıdır. Sağ olsun dostlar, məni həmişə yada salırlar, soruşurlar".

Qeyd edək ki, bir müddət bundan öncə Şuşa Musiqili Dram Teatrının direktoru Yadigar Muradovun səhhətində problemlər yaranmışdı.

Azra 

0