Xalq artistləri İlqar Muradov, Sərxan Sərxan və "Qaya" qrupunun eks-solisti Abbas Əhməd konsert verəcək.
Hit.az xəbər verir ki, konsert layihəsi 14 fevral - Sevənlər Gününə həsr olunacaq.
"Sevgilim. Nostalji mahnılar" adlı konsert Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasında baş tutacaq. Üçlük "Bir ömrün nəğməsi", "Gecikən məhəbbətim", "Ürəyim yanar", "Bu dünyanı nağıl bilək" və digər mahnılarla sevənlərə nostalji gecə yaşadacaq.
Azra