Finlandiyalı musiqiçilər İsrailin "Eurovision" beynəlxalq mahnı müsabiqəsindən çıxarılmasını tələb ediblər.
HİT.az xəbər verir ki, bu barədə barədə BBC məlumat yayıb.
Onlar Finlandiya musiqi sənayesinin 1500 xadiminin imzaladığı petisiya hazırlayıb və İsraili Qəzza zolağında müharibə cinayətlərində ittiham ediblər.
Finlandiyalı müsiqiçilər müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyi (EBU) israilliləri müsabiqədə tərk edərsə, finlandiyalı iştirakçının geri çəkilməsini tələb edirlər.
Petisiyanın müəlliflərindən biri, fəal Lukas Korpelayne deyib ki, "Eurovision" təşkilatçıları müsabiqədə iştirak etməklə İsrailin "imicini cilalamağa" imkan verməməlidirlər.
Müraciətdə həmçinin Finlandiyanın "Yle" yayım şirkəti də ittiham olunur. Yayımçı ikili standartlarda ittiham edilir, çünki Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra onun nümayəndələri Rusiyanın "Eurovision"dan çıxarılmasını tələb edən ilk şəxslərdən olublar.
Samir