Xalq artisti 146-cı dəfə "Məcnun" olacaq

MƏDƏNİYYƏT
16:02 / 16.01.2024
646

Xalq artisti Mənsum İbrahimov 146-cı dəfə “Məcnun” rolunda oynayacaq.

Bu barədə Hit.az-a açıqlamasında onun özü məlumat verib. Xalq artisti yanvar ayında Opera və Balet Teatrının səhnəsində “Leyli və Məcnun” tamaşasında 145-ci “Məcnun” rolunda oynayıb:

“Tamaşaçıların istəyini nəzərə alıb fevraın 4-də yenidən səhnəyə çıxacam. Yenə də Xalq artsiti Nəzakət Teymurova ilə oynayacam. Biz artıq bir neçə ildir ki, səhnəni gənclərə vermişik. İldə bir və nadir hallarda iki tamaşa oxuyuram. O da ustad dərsi kimi gənclərə bir təcrübə kimi. Tamaşaçılar məcbur edəndə oxumağa məcbur oluram.” 

Mənsum İbrahimov bütün sevənlərini 146-cı dəfə oxuduğu tamaşaya baxmağa dəvət edib.

Azra 

0